Bank Of Baku

Dünyanın ən güclü 350 klubu siyahısında Azərbaycan komandası yoxdur

Dünyanın ən güclü 350 klubu siyahısında Azərbaycan komandası yoxdur
# 02 avqust 2007 08:41 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) klubların yeni reytinq siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, iyulda olduğu kimi, Azərbaycan klubları bu dəfə də dünyanın ən güclü 350 komandası sırasına düşməyib.
Siyahıya gəlincə birinci pillə “Sevilya”ya (İspaniya) məxsusdur. “Çelsi” (İngiltərə) ikinci, “Santos” (Braziliya) üçüncü yerdədir. “Boka Xuniors” (Argentina), “Milan” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Kolo-Kolo” (Çili), “Roma” (İtaliya), “Liverpul” (İngiltərə) və “Espanyol” (İspaniya) ardıcıl olaraq ilk onluqda qərarlaşıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR