Bank Of Baku

Georgi Adamiya: “Əzmkar oyun sayəsində mərhələ keçmək mümkündür”

Georgi Adamiya: “Əzmkar oyun sayəsində mərhələ keçmək mümkündür”
# 02 avqust 2007 09:09 (UTC +04:00)
“Avstriyada buraxdığımız səhvləri təkrarlamamalıyıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun legioneri Georgi Adamiya deyib. Gürcüstanlı futbolçunun sözlərinə görə, UEFA kubokunun birinci təsnifat mərhələsində Avstriyanın “Rid” klubu ilə bu gün Bakıda keçiriləcək oyunda azarkeş dəstəyi həlledici amil olacaq: “Çox çətin görüş olacaq. İlk oyunda 1:3 hesablı ilə məğlub olduğumuzdan, ikinci mərhələyə vəsiqə qazanmaq üçün iki top fərqi ilə qələbə qazanmaq lazımdır. Bu mənada azarkeş dəstəyinə böyük ehtiyacımız var. Azarkeşlərin qızğın dəstəyi sayəsində qələbə qazanıb, onları sevindirmək fikrindəyik. Qarşılaşmadan əvvəl proqnoz verməyi xoşlamıram. Onu deyə bilərəm ki, “Rid” ilə matçda istək, əzmkar oyun sayəsində mərhələ keçmək mümkündür. Qol vurmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Qeyd edək ki, G.Adamiya “Neftçi” klubunun heyətində 18 aydır çıxış etməsinə baxmayaraq, qitə miqyaslı yarışlarda qol vurmayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR