Bank Of Baku

Ələkbər Məmmədov Moskvada “Milan” rəhbərliyi ilə görüşəcək

Ələkbər Məmmədov Moskvada “Milan” rəhbərliyi ilə görüşəcək
# 02 avqust 2007 09:28 (UTC +04:00)
“Şöhrət” ordenli futbol mütəxəssisi Ələkbər Məmmədov avqustun 4-də Rusiyaya yollanacaq. Bu barədə “APA-Sport” agentliyinə Ələkbər Məmmədovun özü məlumat verib. Onun sözlərinə görə, səfərdə əsas məqsədi sabah Moskvada start götürəcək “RJD kuboku” turnirində İtaliyanın “Milan” klubunun oyununu izləməkdir: “Rusiya Dəmir Yollarının 170 illiyinə həsr olunmuş turnirdə yerli “Lokomotiv”, İspaniyanın “Real”, Hollandiyanın PSV “Eyndhoven” klubları ilə yanaşı, “Milan” da iştirak edəcək. Ona görə də öz istəyimlə avqustun 5-də “Milan”ın final və ya 3-cü yer uğrunda oyununu izləyəcəyəm”. Vaxtilə Moskvanın “Dinamo” klubunun heyətində “Milan”ın qapısından dörd top keçirdiyini xatırladan Ə.Məmmədov Moskvada bu komandanın rəhbərliyi ilə görüşmək istədiyini bildirib: “İndiyədək “Milan”a məndən başqa heç bir futbolçu 4 qol vurmayıb. 1955-ci il sentyabrın 4-də “San-Siro” stadionunda keçirilən həmin görüşdə italiyalıların heyətində “Milan”ın hazırkı kapitanı Paolo Maldininin atası Çezare Maldini də çıxış edirdi. Qapını isə hazırda “Yuventus” klubunda çıxış edən Canluici Buffonun babası Lorenso Buffon qoruyurdu. Mən İtaliya klubunun üzvləri ilə görüşərək, onlara dörd qol vurmuş yeganə futbolçunun məhz azərbaycanlı olduğunu çatdıracağam. İnanıram ki, bu amil futbolumuzun İtaliyada tanınmasında az rol oynamayacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR