Bank Of Baku

AFFA yoldaşlıq görüşü keçirmək üçün İrana təklif göndərib

AFFA yoldaşlıq görüşü keçirmək üçün İrana təklif göndərib
# 02 avqust 2007 12:17 (UTC +04:00)
AFFA gənclərdən ibarət milli komandanın (U-21) yoldaşlıq görüşü keçirməsi üçün Iran Futbol Federasiyasına müraciət edib. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. B.Əsgərov bildirib ki, İran Futbol Federasiyası AFFA-ya yaxın günlərdə rəsmi cavab göndərəcək: “Bizim üçün oyunun harada keçirilməsinin fərqi yoxdur. Həm səfərdə, həm də Bakıda oynamağa hazırıq”. Departament rəisi qarşı tərəfdən müsbət cavab alacaqları təqdirdə, qarşılaşmanın avqustun 22-də baş tutacağını bildirib. U-21-ə rəqib axtarış əsas milli komanda ilə paralel aparılır. Bu səbəbdən son iki ayda Malta, Litva, Makedoniya, Çernoqoriya, İordaniya, Farer adaları, Lixtenşteyn və Lüksemburq Azərbaycanın əsas yığması ilə yanaşı, U-21-lə də oynamaqdan imtina ediblər. Şakir Qəribovun rəhbərlik etdiyi kollektiv avqustun 22-də yoldaşlıq matçına çıxmasa, təlim-məşq toplanışı ilə kifayətlənəcək.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 8-də Yunanıstanı qəbul edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR