Bank Of Baku

AzTV AFFA-ya olan 50 min manat borcunu qaytarıb

AzTV AFFA-ya olan 50 min manat borcunu qaytarıb
# 02 avqust 2007 14:00 (UTC +04:00)
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) AFFA-ya borcunu qaytarıb. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev məlumat verib. Onun sözlərinə görə, AzTV rəhbərliyi milli çempionatın və ölkə kubokunun 2006/07 mövsümünün teleyayımına görə AFFA-ya borclu qalmışdı. Milli assosiasiya eksklüziv yayım hüququnu 50 min manata satmışdı. AzTV bu məbləği bir neçə gün öncə AFFA-nın büdcəsinə köçürüb. Hazırda tərəflər yeni mövsümün teleyayımının dəyərini müzakirə edirlər. Milli çempionatın və kubok oyunlarının teleyayım hüququ ilə bağlı tenderdə qalib gələn AzTV yenə bir mövsüm üçün 50 min manat təklif edib. AFFA rəsmiləri isə teleyayım hüququnu 70 min manata qiymətləndiriblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR