Bank Of Baku

“Neftçi” Azərbaycanın futbol tarixinə düşmək şansını qaçırıb

“Neftçi” Azərbaycanın futbol tarixinə düşmək şansını qaçırıb
# 03 avqust 2007 08:11 (UTC +04:00)
“Neftçi” klubu UEFA kubokunda mübarizəni birinci təsnifat mərhələsində dayandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, dördqat Azərbaycan çempionu Avstriyanın “Rid” klubu ilə Bakıda keçirilən cavab görüşündə 2:1 hesabı ilə qələbə qazansa da, bu, komandamıza mərhələ keçmək üçün yetərli olmayıb. İlk qarşılaşmada məğlub olduğundan (1:3) “Neftçi” mərhələ keçmək üçün lazım olan 2:0 hesablı qələbəni 22-ci dəqiqədə təmin edib. 14-cü dəqiqədə serbiyalı hücumçu Branimir Subaşiç Zaur Tağızadənin sağ cinahdan ötürməsini qola çevirib. Bundan 8 dəqiqə sonra Rəşad Sadıqov Rəşad Sadiqovun yerinə yetirdiyi künc zərbəsi zamanı hazırlanmış kombinasiyanı dəqiq zərbə ilə tamamlayıb. Hər iki futbolçu “Neftçi”nin heyətində avrokuboklarda ilk qolunu vurub. İkinci hissədə B.Subaşiç daha bir qol vursa da, ofsayd qeydə alındığından hesaba alınmayıb. Matçın bolqarıstanlı baş hakimi Xristo Ristoskov B.Subaşiçə fitdən sonra zərbə vurduğu üçün ona sarı vərəqə göstərib. Bu isə Avstriyadakı oyunda da sarı vərəqə alan serbiyalı hücumçunun komandamızın ikinci mərhələyə çıxacağı halda, cəzalı duruma düşməsi demək idi. Hakim Z.Tağızadəni 83-cü dəqiqədə kobud oyuna görə ikinci sarı vərəqə, ardından qırmızı vərəqə göstərək meydandan qovub. “Rid” bundan iki dəqiqə sonra istəyinə çatıb. “Neftçi” Avstriyada olduğu kimi son dəqiqədə qapısından top buraxıb. Fasilədən dərhal sonra meydana çıxan Həmdi Salihi hava ötürməsini başla qapıdan keçirib. Bununla da, “Nefçi”nin XXI əsrdə öz meydanında ilk qol buraxması, ona mərhələ adlamamaq və bununla da yaxşı mənada Azərbaycan futbolunun tarixinə düşməmək bahasına başa gəldi. “Neftçi” “Rid” səddini keçəcəyi halda, avrokuboklarda üç dəfə mərhələ adlayan ilk Azərbaycan klubu olacaqdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR