Bank Of Baku

UEFA kubokunun ikinci təsnifat mərhələsinə yüksələn klublar müəyyənləşib

UEFA kubokunun ikinci təsnifat mərhələsinə yüksələn klublar müəyyənləşib
# 03 avqust 2007 09:15 (UTC +04:00)
UEFA kubokunda ikinci təsnifat mərhələsinə vəsiqə qazanan 37 klub müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan komandalarını mübarizədən kənarlaşdıran “Rid” və “Qrotslin”lə yanaşı, “Metallurq” (Latviya), “Dinamo” (Tiflis), “Mattersburq” (Avstriya), “Ekranas” (Litva), “Droqeda” (İrlandiya), “Haka” (Finlandiya), MİKA (Ermənistan), “Belçatov” (Polşa), “Artmedia” (Slovakiya), “Yanq Boys” (İsveçrə), “Honved” (Macarıstan), “Makkabi” (İsrail), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Anortosis” (Kipr), “Rabotniçki” (Makedoniya), “Partizan” (Serbiya), “Zlate” (Slovakiya), “Hayduk” (Xorvatiya), “Omoniya” (Kipr), “Slaven” (Xorvatiya), “Besa” (Albaniya), “Liteks” (Bolqarıstan), “Voyvodina” (Serbiya), “Dinamo” (Belarus), “Helsinborq” (İsveç), “Midtülland” (Danimarka), “Haken” (İsveç), “Odense” (Danimarka), HİK (Finlandiya), AİK (İsveç), “Brann” (Norveç), “Valerenqa” (Norveç), “MüPa” (Finlandiya), “Suduva” (Litva) və “Kaerjenq” (Lüksemburq) ikinci təsnifat mərhələsinə yüksəliblər. UEFA kubokunda mübarizəni İntertoto kubokunun 11 qalibi “Tobol” (Qazaxıstan), “Otselul” (Rumıniya), “Hamburq” (Almaniya), “Hammarbü” (İsveç), “Olborq” (Danimarka), “Uniao Leriya” (Portuqaliya), “Rapid” (Avstriya), “Blekbern” (İngiltərə), “Lans” (Fransa), “Sampdoriya” (İtaliya), “Atletiko” (İspaniya) ilə birgə 48 klub davam etdirəcək. UEFA kubokunun ikinci təsnifat mərhələsinin püşkü bu gün atılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR