Bank Of Baku

UEFA Zaur Tağızadəni cəzalandıracaq

UEFA Zaur Tağızadəni cəzalandıracaq
# 03 avqust 2007 09:31 (UTC +04:00)
“Rid” klubu ilə görüşdə qırmızı vərəqə alaraq, meydandan qovulan “Neftçi”nin kapitanı Zaur Tağızadə cəzalandırılmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu barədə klubun baş məşqçisi Qurban Qurbanov məlumat verib. Z.Tağızadə qarşılaşmanın 83-cü dəqiqəsində meydandan qovulmaqla, komandanı çətin vəziyyətdə qoyub. “Neftçi” bundan iki dəqiqə sonra qol buraxıb və bu, komandanın UEFA kubokunda mübarizəni birinci mərhələdəcə dayandırmasına səbəb olub. “Neftçi” klubundan fərqli, UEFA Z.Tağızadəni cəzalandıracaq. Belə ki, futbolçu gələn mövsümdə avrokuboklarda çıxış edərsə, ilk oyunu buraxacaq. UEFA-nın Nizam-İntizam Komitəsi onun iki sarı vərəqəyə görə meydandan qovulmasını nəzərə alaraq, bir oyunluq diskvalifikasiya edəcəyi gözlənilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR