Bank Of Baku

Zaur Tağızadə: “Bütün azarkeşlərdən üzr istəyirəm”

Zaur Tağızadə: “Bütün azarkeşlərdən üzr istəyirəm”
# 03 avqust 2007 10:33 (UTC +04:00)
“Komandamızı mərhələ keçə bilməməsində mənim də günahım oldu. Qırmızı vərəqə almasaydım, bəlkə də nəticə başqa cür olardı. Bütün azarkeşlərdən üzr istəyirəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun kapitanı Zaur Tağızadə deyib. 28 yaşlı yarımmüdafiəçi UEFA kubokunun birinci təsnifat mərhələsində Avstriyanın “Rid” klubuna qarşı keçirilən cavab görüşünün 83-cü dəqiqəsində ona göstərilən qırmızı vərəqənin əsassız olduğunu bildirib: “Hakim mənə birinci sarı vərəqəni heç nədən göstərdi. Halbuki, həmin epizodda sırf topa oynamışdım. Amma hakim bunu qayda pozuntusu kimi qiymətləndirdi”. Z.Tağızadənin sözlərinə görə, meydandan qovulması komanda yoldaşlarının işini çətinləşdirib: “Futbol kollektiv idman növüdür. Heyətdə bir nəfər olmayanda, bu, açıq-aşkar hiss olunur. Təbii ki, mən qırmızı vərəqə alandan sonra komandamız çətin vəziyyətdə qaldı. Amma deməzdim ki, “Neftçi” məhz azlıqda qaldığı üçün qol buraxdı”. Futbolçu “Neftçi”nin mübarizəni erkən dayandırmasını bəxtsizliklə əlaqələndirib: “Sadəcə, bəxtimiz gətirmədi. Hər şeyi Avstriyada həll etməli idik. Lakin axırıncı dəqiqədə buraxdığımız qollara görə uduzduq. Bəxtsizlik amili cavab oyununda da sözünü dedi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR