Bank Of Baku

Azərbaycan futbol klubları yeni rekord müəyyənləşdirib

Azərbaycan futbol klubları yeni rekord müəyyənləşdirib
# 03 avqust 2007 12:08 (UTC +04:00)
Azərbaycan futbol klubları Avropa kuboklarının cari mövsümündə cəza baxımından tarixə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, təmsilçilərimiz ilk dəfə qitə miqyaslı turnirdə bir mövsümdə dörd qırmızı vərəqə alıb. Komandalarımızın heyətində meydandan qovulan futbolçular Emin Quliyev, fransalı Edmond N”™Tiamoa (hər ikisi “Xəzər-Lənkəran”), Zaur Tağızadə (“Neftçi”) və “MKT-Araz” klubunun moldovalı hücumçu Anatoli Doroşdur. İndiyədək avrokuboklarda bir mövsümə ən çox üç qırmızı vərəqə almışıq ki, bu mənada 2005-ci ili qeyd etmək olar. Həmin mövsüm “Bakı”nın iki legioneri seneqallı Xalidu Sissoko ilə braziliyalı Leandro Qomeş və “Neftçi”nin ukraynalı futbolçusu Aleksandr Çertoqanov meydandan qovulub. 2005 və 2006-cı illərdə avrokuboklarda 4 dəfə (hər il iki) qırmızı vərəqə alan “Bakı” cari mövsümdə oyunçusu meydandan qovulmayıb. “Bakı”nın bu il çıxış etdiyi İntertoto kuboku UEFA-nın klublar üçün reytinq cədvəlində nəzərə alınmır. Qitə futbol qurumunun əsas turnirləri sayılan Çempionlar Liqasında və UEFA kubokunda isə qırmızı vərəqələr qeydə alınır. İndiyədək bu yarışlarda ölkəmizi təmsil edən hər üç klubun hesabında qırmızı vərəqə olması analoqu olmayan faktdır. Artıq klublarımız cəzalara görə, yeni rekord müəyyənləşdirib.
Qeyd edək ki, dörd qırmızı vərəqədən üçü azlıqda qol buraxaraq məğlub olmaq və nəticədə mübarizəni dayandırması müşahidə edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR