Bank Of Baku

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb
# 03 avqust 2007 12:39 (UTC +04:00)
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan çempionu “Xəzər-Lənkəran”ı ilkin mərhələdəcə mübarizədən kənarlaşdıran Zaqrebin “Dinamo” klubu ikinci raunddakı rəqibi Sloveniya “Domjale”sini keçə bilsə, “Verder” (Almaniya) ilə qarşılaşacaq. Türkiyə klublarından “Fənərbaxça” Belçikanın “Anderlext” komandası ilə görüşəcək. “Beşiktaş” isə “Zimbru” (Moldova) səddini adlasa, İsveçrənin “Sürix” komandası ilə üz-üzə gələcək.

“Hafnarfyordur” (İslandiya) BATE (Belarus) cütünün qalibi “Zaqlebiye” (Polşa) “Styaua” (Rumıniya) cütünün qalibi;
“Tampere” (Finlandiya) “Levski” (Bolqarıstan) cütünün qalibi “Astana” (Qazaxıstan) “Rusenborq” (Norveç) cütünün qalibi;
“Spartak” (Rusiya) “Seltik” (Şotlandiya);
“Verder” (Almaniya) “Domjale” (Sloveniya) “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi;
“Ventspils” (Latviya) “Zalsburq” (Avstriya) cütünün qalibi “Pünik” (Ermənistan) “Şaxtyor” (Ukrayna) cütünün qalibi;
“Ayaks” (Hollandiya) “Jilina” (Slovakiya) “Slaviya” (Çexiya) cütünün qalibi;
“Valensiya” (İspaniya) “Debretsen” (Macarıstan) “Elfsborq” (İsveç) cütünün qalibi;
“Genk” (Belçika) “Sarayevo” (Bosniya və Hersoqovina) cütünün qalibi “Dinamo” (Kiyev, Ukrayna);
“Fənərbaxça” (Türkiyə) “Anderlext” (Belçika);
“Reyncers” (Şotlandiya) “Zeta” (Çernoqoriya) cütünün qalibi “Srvena Zvezda” (Serbiya) “Levadiya” (Estoniya) cütünün qalibi;
“Tuluza” (Fransa) “Liverpul” (İngiltərə);
“Benfika” (Portuqaliya) “Kopenhagen” (Danimarka) “Beytar” (İsrail) cütünün qalibi;
“Latsio” (İtaliya) “Dinamo” (Buxarest, Rumıniya);
“Sparta” (Çexiya) “Arsenal” (İngiltərə);
“Sürix” (İsveçrə) “Beşiktaş” (Türkiyə) “Şerif” (Moldova) cütünün qalibi;
“Sevilya” (İspaniya) AEK (Yunanıstan).
İlk oyunlar 14-15 avqust, cavab görüşləri isə 28-29 avqustda keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR