Bank Of Baku

Ağasəlim Mircavadov: “Neftçi” arxayınçılığın acısını çəkdi”

Ağasəlim Mircavadov: “Neftçi” arxayınçılığın acısını çəkdi”
# 03 avqust 2007 13:24 (UTC +04:00)
“Neftçi” klubunun UEFA kubokunda mübarizəni dayandırmasına çox məyus oldum. Sabiq komandam ikinci mərhələyə çıxmağa layiq olsa da, vəsiqəni əldən verdi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Vaxtilə baş məşqçisi olduğu “Neftçi” klubunun “Rid”lə oyununu Lənkəranda olduğu üçün televiziyadan izlədiyini vurğulayan A.Mircavadovun sözlərinə görə, uğursuzluğun səbəbini sabiq komandası daha yaxşı bilər: “Neftçi”nin ikinci mərhələyə çıxmamağına görə hamımızı üzüldük. Nəticənin belə olmasının səbəblərini komanda özü daha yaxşı bilər. Sadəcə, onu deyə bilərəm ki, “Neftçi” həm taktiki, həm texniki planda “Rid”dən güclü idi. Belə olan halda, komandamız ikinci mərhələyə çıxmalı idi”. A.Mircavadov sonadək mübarizə aparmağın vacibliyini vurğulayıb: “Avropa miqyaslı oyunlarda sonadək mübarizə aparmaq lazımdır. Bu Azərbaycan milli çempionatı deyil ki, rahat oynayasan. Qitə miqyaslı yarışlarda qətiyyən arxayınlaşmaq olmaz. “Neftçi” bunun acısını çəkdi. Həm də yorğunluq sözünü dedi. Sabiq komandam ilk hissədə rəqibini sürətli oyun hesabına yorduğu halda, ikinci hissədə özündə yorğunluq hiss olunurdu. Samir Əliyev, Georgi Adamiya kimi futbolçular real qol imkanlarını boşa verdilər”. A.Mircavadov matçın baş hakiminin Zaur Tağızadə ilə bağlı çıxardığı qərarı haqlı sayıb: “Zaur rəqibə qarşı kobud oynadı və nəticədə ikinci sarı vərəqəsini alaraq, meydandan çıxarıldı. O, hesabında artıq sarı vərəqəsinin olmasını nəzərə alıb, səbirli olmalı idi. Fikrimcə, referi görüşü çox yaxşı idarə etdi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR