Bank Of Baku

“Qəbələ” Qvineya yığmasının hücumçusunu baxışa çağırıb

“Qəbələ” Qvineya yığmasının hücumçusunu baxışa çağırıb
# 03 avqust 2007 13:44 (UTC +04:00)
“Qəbələ” klubu baxışa daha bir əcnəbi futbolçu çağırıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən komandanın mətbuat katibi Nail Kərimovun sözlərinə görə, Qvineya yığmasının üzvü Abdulqadir Kamara sınaqdan keçirilir. 25 yaşlı hücumçunun ötən mövsüm Belçikanın “Dessel Sport” klubunda çıxış edib. A.Kamara Belçika çempionatının əksər oyunlarında forma geyərək, 2 qola imza atıb. Hazırda afrikalı futbolçu azad agent statusu daşıyır. Qvineyalıdan başqa, gürcüstanlı Georgi Qavidauri da “Qəbələ”nin məşqçi korpusu tərəfindən sınanır. N.Kərimov bildirib ki, komandaya baxışa dəvət olunan digər legionerlər gürcüstanlılar Zurab Mamaladze, İrakli Vaşakidze, Torniki Aptisauri, eləcə də, konqolu Bokunqu Ndjioli bəyənilib. Klub rəhbərliyi bu futbolçularla ilkin razılığa gəlib, yaxın günlərdə onlarla rəsmi müqavilə bağlanılacaq. N.Kərimov, həmçinin “Qəbələ”nin sabah “Ədliyyə” stadionunda “Bakı” ilə yoldaşlıq görüşü keçirəcəyini vurğulayıb. Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv avqustun 5-də Sumqayıta yollanaraq, yerli “Gənclərbirliyi” ilə qarşılaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR