Bank Of Baku

Azərbaycan UEFA-nın reytinq cədvəlində 42-ci pillədə mövqeyini qoruyub

Azərbaycan UEFA-nın reytinq cədvəlində 42-ci pillədə mövqeyini qoruyub
# 03 avqust 2007 14:55 (UTC +04:00)
UEFA klubların növbəti reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan UEFA-nın klubların avrokuboklarda çıxışına əsasən tərtib etdiyi reytinq cədvəlində 42-ci pillədəki mövqeyini qoruyub. “Neftçi” Avstriyanın “Rid” klubu üzərində Bakıda qazandığı qələbə (2:1) ölkəmizə 0,333 xal qazandırıb. Bununla, ölkəmizin hesabında olan xal 3,832-yə yüksəlib. Azərbaycan bir pillə qabaqladığı Albaniyadan 0,166 xal çox, bir pillə geridə olduğu Estoniyadan 0,167 xal az toplayıb. Çempionlar Liqasında “Pünik” klubunun timsalında mərhələ adlayan və avrokuboklarda iki təmsilçisi olan Ermənistan iki pillə geridə qaldığı Azərbaycandan 0,5 xal az toplayıb. Ölkəmiz siyahıda Albaniya və Ermənistanla yanaşı, Qazaxıstan, Şimali İrlandiya, Uels, Farer adaları Lüksemburq, Malta, Andorra, Çernoqoriya və San-Marinonu qabaqlayıb. UEFA-nın tərkibinə daxil olan 53 ölkənin siyahısında İspaniya birinci, İngiltərə ikinci, İtaliya üçüncü yerdədir.
Qeyd edək ki, ölkəmizin avrokuboklarda təmsilçisi qalmadığından, getdikcə mövqeyini əldən verəcəyi gözlənilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR