Bank Of Baku

Mübariz Mənsimov “Xəzər-Lənkəran” klubunun prezidenti postundan istefa verib

Mübariz Mənsimov “Xəzər-Lənkəran” klubunun prezidenti postundan istefa verib
# 04 avqust 2007 07:59 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, Türkiyədə yaşayan M.Mənsimov işlərinin çoxluğu ilə əlaqədar prezident postunda başqasının yer almasını məqsədəuyğun sayıb. Onu klubun prezidenti postunda qardaşı, vitse-prezident Mais Mənsimov əvəz edib. Mübariz Mənsimov isə klubdan ayrılmayacaq və bundan sonra “Xəzər-Lənkəran”ın fəxri prezident sayılacaq. Mübariz Mənsimovun fəxri prezident olmasına baxmayaraq, onun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu əvvəlki kimi “Xəzər-Lənkəran”ın sponsoru olacaq. Komandanın icraçı-direktoru Tuyqun Nadirov yeni vitse-prezident təyin edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR