Bank Of Baku

Dmitri Kramarenko bir ay oynamayacaq

Dmitri Kramarenko bir ay oynamayacaq
# 04 avqust 2007 08:42 (UTC +04:00)
Az öncə Türkiyəyə yollanan “Xəzər-Lənkəran” klubunun futbolçuları Bakıya qayıdıblar. “APA-Sport” agentliyinin məlumatına görə, İstanbula müayinəyə gedən qapıçı Dmitri Kramarenko ilə yarımmüdafiəçi Rahid Əmirquliyevin cərrahiyyə əməliyyatına ehtiyac olmayacağı müəyyənləşib. Bu qərarı futbolçuları müayinə edən tanınan türkiyəli hakim Ömər Taşer verib. Ö.Taşer həmyerlilərimizin maqnit-rezonans müayinəsini edərək, onların zədələrinin konstruktiv müalicə yolu ilə sağalacağını söyləyib. R.Əmirquliyevin bir həftəyə sağalacağını deyən Ö.Taşer D.Kramarenkonun yaşıl meydana qayıdışının daha çox vaxt aparacağını bildirib. Belə ki, ilkin müayinənin nəticələrinə əsasən, milli komandanın sabiq qapıçısının zədəsini tam sağaltmaq üçün bir ay vaxt lazımdır. Türkiyəli həkim D.Kramarenko ilə bağlı müayinənin dəqiq nəticəsini qarşıdakı günlərdə “Xəzər-Lənkəran”a göndərəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR