Bank Of Baku

İqor Nakoneçnı: “Oyunun sonunda qol buraxmaq bütün Azərbaycan klublarının bədbəxtçiliyidir”

İqor Nakoneçnı: “Oyunun sonunda qol buraxmaq bütün Azərbaycan klublarının bədbəxtçiliyidir”
# 04 avqust 2007 09:14 (UTC +04:00)
“Oyunun sonunda qol buraxmaq bütün Azərbaycan klublarının bədbəxtçiliyidir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Polşada yerli “Qrotslin” klubuna 0:1 hesabı ilə məğlub olan İmişlinin “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı deyib. UEFA kubokunun birinci təsnifat mərhələsində “Qrotslin”ə bir çox komponentlərdə uduzmadıqlarını vurğulayan ukraynalı mütəxəssisin sözlərinə görə, polşalılarla yalnız fiziki göstəricilərdə bacarmayıblar: “Rəqib məhz bu amil hesabına bizi daim gərginlikdə saxlayır, qapımız qarşısında çoxlu təhlükəli vəziyyətlər yaradırdı. Nəticə qazana bilməmişiksə, məğlub olub mübarizədən kənarda qalmışıqsa, sözsüz ki, komandadan razı qala bilmərəm. Mərhələ keçmək üçün məhsuldar heç-heçəyə ümid etdiyim halda, gözlədiyimiz qolu vurmaq mümkün olmadı. Halbuki, real imkanlarımız oldu və bunu legionerlərimiz reallaşdıra bilmədilər. Buraxdığımız qola gəlincə, həmin epizodda səhvimiz oldu. Futbolçularımıza dəfələrlə tapşırmışdım ki, sonadək oynayın, mübarizə aparın. Ancaq buna əməl olunmadı. Ani diqqətsizlik sona bir dəqiqə qalmış qol buraxmağımızla nəticələndi”. İ.Nakoneçnı qırmızı vərəqə aldığı üçün meydandan qovulan moldovalı legioner Anatoli Doroşu cəzalandıracaqlarını da söyləyib: “Doroş komandanı çətin vəziyyətdə qoyduğu üçün cəzasını alacaq. Sözsüz ki, məğlubiyyətimizdə onun da günahı var. Anatolinin hücumçu kimi meydanda əsas işi qol vurmaq olsa da, əvəzində xoşagəlməz hərəkət, rəqibə zərbə vurdu”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR