Bank Of Baku

Rusiyada Anatoli Banişevskinin xatirə turniri keçiriləcək

Rusiyada Anatoli Banişevskinin xatirə turniri keçiriləcək
# 04 avqust 2007 10:39 (UTC +04:00)
Azərbaycanın mərhum futbolçusu Anatoli Banişevskinin xatirəsinə Rusiyanın Nijni-Novqorod şəhərində turnir keçiriləcək.
Nijni-Novqorodda Azərbaycan icmasının rəhbəri Eldar İsmayılovun təşəbbüsü ilə keçirilən turnirə “Neftçi” Veteranları Futbol Klubu da dəvət edilib. Bu barədə “APA-Sport” agentliyinə klub prezidenti Oqtay Abdullayev məlumat verib. O.Abdullayevin sözlərinə görə, avqustun 10-da start götürəcək turnirdə iki görüş keçirmələri nəzərdə tutulub. Komandamız Nijni-Novqorod quberniyasının və Nijni-Novqorodun azərbaycanlılardan ibarət komandaları ilə qarşılaşacaq. Turnirə avqustun 12-də yekun vurulacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR