Bank Of Baku

Anatoli Doroş: “Meydandan qovulmağımı faciəyə döndərmək düzgün deyil”

Anatoli Doroş: “Meydandan qovulmağımı faciəyə döndərmək düzgün deyil”
# 04 avqust 2007 10:39 (UTC +04:00)
“Etdiyim hərəkətə görə, hamıdan üzr istəyirəm. Rəhbərliyin mənimlə çıxaracağı cəzanı çəkməyə hazıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İmişlinin “MKT-Araz” klubunun hücumçusu Anatoli Doroş deyib. UEFA kuboku çərçivəsində Polşada “Qrotslin” klubu ilə görüşdə aldığı qırmızı vərəqədən üzüldüyünü vurğulayan moldovalı futbolçunun sözlərinə görə, oyun zamanı polşalı futbolçu onu təxribata çəkib: “Həmin epizodda rəqib futbolçu ilə top uğrunda mübarizə aparırdıq. Bu zaman rəqib məni vurdu. Mən də onun cavabını ayağına zərbə vurmaqla verdim. Görüşün sonu idi, yorğunluq özünü göstərdi. Düzünü desəm, rəqibi necə vurduğumu heç özüm də bilmədim. Məni təxribata sürüklədilər. Hakim həmin epizodu görüb, mənə birbaşa qırmızı vərəqə göstərdi. Səhv hərəkət etdiyimi, günahımın olduğumu başa düşürəm və buna görə də özümü pis hiss edirəm. Ancaq meydandan qovulmağımı faciəyə döndərmək düzgün deyil. Futbolda belə şeylər olur”. A.Doroşun fikrincə, “Qrotslin” öz meydanında “MKT-Araz”dan daha yaxşı oyun nümayiş etdirib: “Onların qol vuracağı gözlənilən idi. Bu, mən meydandan qovulmasam belə, baş verə bilərdi. Bir hücumçu kimi, polşalılarla hər iki oyunda qol vurmağa çox çalışdım. Ancaq “MKT-Araz”ın heyətində avrokuboklarda cəmi iki oyun keçirdiyimi nəzərə olmaq lazımdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR