Bank Of Baku

Ağasəlim Mircavadov: “Bizim hakimlər əcnəbilərdən güclüdürlər”

Ağasəlim Mircavadov: “Bizim hakimlər əcnəbilərdən güclüdürlər”
# 04 avqust 2007 11:23 (UTC +04:00)
“Azərbaycan futbolçuları hakimlərimizlə əcnəbilər arasında fərqi nəzərə almalıdırlar”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. A.Mircavadov cari qitə miqyaslı turnirlərdə Azərbaycan klublarının heyətində dörd futbolçunun qırmızı vərəqə almasını yaxşı hal saymayıb. Həmin dörd qırmızı vərəqədən ikisi isə “Xəzər-Lənkəran” klubunun payına düşür. Amma A.Mircavadov bununla razılaşmayıb: “Emin Quliyevə göstərilən qırmızı vərəqə doğru idi. Ancaq Edmond N”™Tiamoanın meydandan cəzalanmasını düzgün saymıram. “Dinamo” ilə səfərdəki matçda baş hakim Edmonddan fərqli, Zaur Ramazanova qarşı aşkar kobud oynayan rəqib futbolçunu meydandan qovmadı. Halbuki, xorvatiyalı futbolçuya qırmızı vərəqə göstərilməli idi. Bu, əcnəbi hakimlərin rəqiblərimizə simpatiyasının olmasını göstərir. Ancaq təbii ki, günahı özümüzdə axtarmalıyıq”. A.Mircavadov gələcəkdə cəzaların azalması üçün beynəlxalq səviyyəli görüşlərin daha çox keçirilməsinin vacib olduğunu vurğulayıb: “Biz əcnəbi hakimləri il ərzində iki dəfə, yayda və qışda görürük. Bu, Avropa kubokları oyunlarında və təlim-məşq toplanışı keçirdiyimiz zaman olur. Futbolçuların əcnəbi hakimlərin idarəçiliyinə vərdiş etməsi üçün daha çox beynəlxalq görüşlər keçirilməlidir. Ola bilsin ki, bizim hakimlər yerli futbolçularla tez-tez üzləşdiyindən, bəzən onlara güzəşt edirlər. Ancaq bununla futbolçuların qitə miqyaslı turnirlərdə cəzalanmasının günahını hakimlərimizdə görmürəm. Əksinə, hesab edirəm ki, azərbaycanlı hakimlər əcnəbilərdən güclüdürlər”. Baş məşqçi komandanı çətin vəziyyətdə qoyan futbolçulara qarşı cəza tədbirlərinin görülməsini vacib sayıb: “İşlədiyim klublarda günahı olan futbolçular daxili nizam-intizam qaydalarına uyğun cəzalanırlar. Hazırda “Xəzər-Lənkəran”da da belə qayda tətbiq edilir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR