Bank Of Baku

Suat Kaya Azərbaycan yığmasının futbolçusunu komandasından qovub

Suat Kaya Azərbaycan yığmasının futbolçusunu komandasından qovub
# 06 avqust 2007 09:56 (UTC +04:00)
Azərbaycan milli komandasının sabiq futbolçusu Ernani Pereyra klubsuz qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, Yevlaxın “Karvan” komandası ilə müqaviləsi başa çatdıqdan sonra yenidən Türkiyəyə qayıdan braziliyalı müdafiəçi ikinci liqada çıxış edən “Orduspor” klubuna dəvət edilsə də, heyətdən uzaqlaşdırılıb. “Orduspor” klubunun prezidenti Mehmet Gursəs E.Pereyranın komandadan uzaqlaşdırılması haqda qərarı baş məşqçi Suat Kayanın verdiyini söyləyib: “Kaya onun komandada qalmasını istəmədi. Bu səbəbdən də qarşılıqlı razılaşmaya əsasən, Ernani ilə yollarımızı ayırdıq. Onun çıxış etdiyi müdafiəçi mövqeyinə yeni transferlər edəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR