Bank Of Baku

Valentin Xodukin: “Mahmud Qurbanova komandamızın oyun dəst-xəttini, xarakterini başa salmaq lazımdır”

Valentin Xodukin: “Mahmud Qurbanova komandamızın oyun dəst-xəttini, xarakterini başa salmaq lazımdır”
# 06 avqust 2007 10:22 (UTC +04:00)
“Mahmud Qurbanovun futbol biliyi bir neçə komandaya bəs edər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. M.Qurbanov kimi futbolçunu komandasında görmək istədiyini vurğulayan ukraynalı mütəxəssisin sözlərinə görə, onun transferində çətinliklər var: “Bununla belə, komandamızda Mahmudun mövqeyində çıxış edən futbolçular var. Amma həm Yuri Muzika, həm də Qoran Arnaut legioner. Baxmayaraq ki, Muzika Azərbaycan vətəndaşlığını daşıyır, Azərbaycan milli komandasının şərəfini qoruyub. Hücumçu Daniel Axtyamovu da oyun qurucusu kimi oynada bilərəm. Ancaq Axtyamov da Muzika kimi Azərbaycan yığmasında çıxış etsə də, legioner sayılacaq. Üstəlik, Daniel zədə üzündən təxminən bir ay meydana çıxmayacaq. Bütün bunlar Mahmudun “İnter”ə ehtiyacı olmasını, onun keçidini gündəmə gətirir. Klubumuzda transfer məsələləri ilə məşğul olan müvafiq şəxslər Qurbanovla görüşüb. Amma hələlik ortada real bir şey yoxdur”. “İnter” M.Qurbanovu transfer etmək üçün öncə “Xəzər-Lənkəran”la danışıq aparmalıdır. Belə ki, transferə çıxarılan 34 yaşlı yarımmüdafiəçi müqavilə ilə Lənkəran təmsilçisinə məxsusdur. V.Xodukin bununla əlaqədar digər çətinliklərin də olduğunu söyləyib: “Sözsüz ki, Mahmudun bizimlə birgə hazırlıq keçməməyi də əlavə problem yaradır. Düzdür, Qurbanov təcrübəlidir, onun kimi səviyyəli oyunçu məşqçinin dediyini anlamaqda çətinlik çəkmir. Bununla belə, Mahmud yeni, fərqli oyun dəst-xətti olan klubda çıxış edə bilər. Ona “İnter”in oyun dəst-xəttini, komandamızın xarakterini başa salmaq lazımdır. Bütün bunlara, yeni ab-havaya, kollektivə uyğunlaşmağa müəyyən vaxt tələb olunacaq. Bu çətinlikləri təkcə Mahmuda yox, komandaya gələn bütün futbolçulara şamil edirəm”. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR