Bank Of Baku

Dmitri Kramarenkonun yerli futbolçu statusu əlində alınır

Dmitri Kramarenkonun yerli futbolçu statusu əlində alınır
# 06 avqust 2007 11:06 (UTC +04:00)
Azərbaycan yığma komandasının sabiq qapıçısı Dmitri Kramarenko yerli futbolçu statusunu itirmək təhlükəsi ilə üzləşib. Hazırda “Xəzər-Lənkəran” klubunun şərəfini qoruyan 33 yaşlı qapıçının XVI Azərbaycan çempionatında legioner kimi çıxış edəcəyi gözlənilir. Rusiya vətəndaşı olduğundan və bunu əks etdirən pasporta malik olduğu üçün D.Kramarenkonun legioner sayılması gündəmə gəlib. Azərbaycanda ikili vətəndaşlıq olmadığı üçün AFFA yığmamızda çıxış etsə belə, başqa ölkənin vətəndaşlığını daşıyan futbolçunun legioner sayılması haqda qərar çıxarmağa hazırlaşır.
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov “APA-Sport” agentliyinə açıqlamasında D.Kramarenkonun legioner sayılmasının düzgün olmadığını bildirib: “Kramarenkonun legioner sayılmasını düzgün saymıram. Azərbaycanda anadan olan, Azərbaycan yığmasının şərəfini qoruyan futbolçunu necə legioner saymaq olar? Kramarenkonun ailəsi, iki övladı burada yaşayır. Azərbaycanda çıxış edən hansısa afrikalı legionerlə yerli oyunçunun eyni status daşıması düzgün deyil”.
AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov isə oyunçuların statusu ilə bağlı işlərin yekunlaşmadığını söyləyib: “Hazırda bununla bağlı işlərlə məşğuluq. İşlər yekunlaşmayanadək, rəsmi məlumat verə bilmərəm. Həftəsonu yeni çempionat başlayır və həmin vaxtda hər şeyə aydınlıq gələcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR