Bank Of Baku

UEFA-nın baş meneceri Bakıya gələcək

UEFA-nın baş meneceri Bakıya gələcək
# 06 avqust 2007 11:44 (UTC +04:00)
UEFA-nın futzal yarışlarının keçirilməsi üzrə baş meneceri Lauret Morel avqustun 9-da Bakıya gələcək. “APA-Sport” agentliyinin məlumatına görə, səfərdə əsas məqsəd UEFA kubokunun oyunlarının təşkilatçılıq işləri ilə tanış olmaqdır. L.Morel UEFA kubokunun əsas mərhələsinin 3-cü qrupunun matçlarının keçiriləcəyi Bakı İdman Sarayına, eləcə də, qonaq komandaların məskunlaşacağı “Abşeron” otelinə baş çəkəcək. İsveçrəli mütəxəssis UEFA kubokunun Təşkilat Komitənin üzvləri ilə fikri mübadiləsi aparacaq. L.Morelin AFFA rəhbərliyi ilə görüşü də nəzərdə tutulub. UEFA rəsmisi avqustun 10-da paytaxtımızı tərk edəcək.
Qeyd edək ki, UEFA kubokunun matçları 8-16 sentyabr aralığında oynanılacaq. Yarışda ölkəmizi Naxçıvanın “Araz” klubu təmsil edəcək. “Araz”ın rəqibləri “Luparense” (İtaliya) və “Slov-Matik Fofo” (Slovakiya) komandaları olacaqlar. Bakıya gələcək üçüncü komandanın adı hələ müəyyənləşməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR