Bank Of Baku

Arif Əsədov milli komandaya iki yeni futbolçu cəlb edib

Arif Əsədov milli komandaya iki yeni futbolçu cəlb edib
# 06 avqust 2007 14:31 (UTC +04:00)
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, yığmanın baş məşqçisi Arif Əsədov avqustun 15-də və 17-də Tiflisdə keçiriləcək oyuna açıqladığı heyətə 20 futbolçunun adını daxil edib. Bunlar Elçin Sadıqov, Tural Nərimanov, Elxan Cəbrayılov, Qədir Məmmədov, Elvin Şiriyev, Elşən Hacıyev, Eşqin Quliyev (hamısı “Neftçi-2), Osman Umarov, Maksim Medvedev, Rauf Əliyev, (“Qarabağ”), Fuad Vahabzadə, Elhad Əhmədov, Emin Mustafayev, Telman Bayramlı, Bayram Kərimov (“Qarabağ-2”), Şəhriyar Rəhimov (“İnter-2”), Miryusif Cavadov (Simurq), Fərid Haqverdiyev (Ədliyyə), Bəxtiyar Soltanov (“Bakı-2”) və Eldar Hüseynovdur (“Karvan”). A.Əsədov iyulun son 10 günlüyündə Bakıda hazırlıq keçirdiyi heyətdən Fuad Əzimov (“Neftçi-2”), Şahin Zeynalov (“Qarabağ-2”), Cavid Cəfərov (“Xəzər-Lənkəran-2”), Novruz Məmmədov (“İnter-2”), Rəşad Orucov (“Turan”), İbrahim Mirzəməhəmmədov (“Şahdağ”) və Kiyevin “Arsenal” klubunun əvəzedici heyətinin hücumçusu olan Rüstəm Novruzovu Gürcüstana aparacağı heyətə daxil etməyib. A.Əsədovun dəvət etdiyi yeni futbolçulardan müdafiəçi Şəhriyar Rəhimovla hücumçu Eldar Hüseynovu heyətə cəlb edib. Ş.Rəhimov “İnter”, E.Hüseynov “Karvan”ın heyətində müvafiq olaraq Bolqarıstanla Türkiyədə təlim-məşq toplanışından qayıdıb. Komandamız avqustun 13-də bir araya gələrək, həmin gün qatarla Gürcüstanın paytaxtı Tiflisə yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR