Bank Of Baku

Fariz Yusifov Haluk Ulusoy və Şenes Erziklə görüşüb

Fariz Yusifov Haluk Ulusoy və Şenes Erziklə görüşüb
# 07 avqust 2007 08:23 (UTC +04:00)
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında TFF-nin İstanbulda keçirdiyi seminarda iştirak edən FİFA hakimi Fariz Yusifov deyib. Tədbirə 88 hakimin qatıldığını vurğulayan F.Yusifovun sözlərinə görə, iştirakçılar arasında Türkiyə Superliqasının 51 hakimi, 9 FİFA hakim-köməkçisi, 2 qadın FİFA referisi, 4 qadın FİFA hakim-köməkçisi ilə yanaşı, 12 qonaq da olub: “Bunlar 6 ölkənin nümayəndəsi idi. Yəni, seminara Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Yunanıstan, İsrail və Kipr nümayəndələri qatılmışdı. Türkiyə Hakimlər Komitəsinin yeni sədri Nilmi Ok və bu qurumun 7 üzvünün müxtəlif mövzular üzrə çıxışları olurdu. Bizə yaxşı tanış olan türkiyəli həkim Mehmet Binnət də çıxış etdi. Türkiyəlilər FİFA-nın və UEFA-nın hakimlərlə bağlı tövsiyələrini dərhal tətbiq etməyə başlayırlar. Onlar qarşıdakı mövsümdə hakimlərin oyunları qulaqcıqlarla idarə etməyi tətbiq etməyə hazırlaşırlar. Ümumiyyətlə, iştirakçısı olduğum toplanışda iqtisadi mövzuda, futbolda gəlirlərin məbləği ilə məlumat verilməsi mənin üçün gözlənilməz oldu. Nəzəri məşqlərlə yanaşı, digər qonaqlardan fərqli, öz təşəbbüsümlə fiziki hazırlıqlarda, kross qaçışında, trenajor zalında məşqlərdə iştirak edirdim”. F.Yusifov İstanbulda TFF-nın prezidenti Haluk Ulusoy və UEFA-nın vitse-prezidenti Şenes Erziklə görüşdüyünü də bildirib: “Ulusoyla Erzikin də çıxışları oldu. Onlara yaxınlaşaraq, özümü təqdim etdim. Ulusoyla Erzik Azərbaycan nümayəndəsinin tədbirdə iştirak etməsindən böyük məmnun olduqlarını bildirərək, AFFA rəhbərliyinə salamlarını çatdırdılar”.
Qeyd edək ki, F.Yusifov Bakıya qayıtdıqdan sonra hakimlərin “Neapol” otelindəki təlim-məşq toplanışına qatılaraq, nəzəri və praktiki məşğələlərdə iştirak edib və test normativlərini uğurla verib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR