Bank Of Baku

Dmitri Kramarenko: “Mənim də legioner sayılmağım hansı məntiqə sığır?!”

Dmitri Kramarenko: “Mənim də legioner sayılmağım hansı məntiqə sığır?!”
# 07 avqust 2007 08:45 (UTC +04:00)
“Kramarenko soyadını daşıyan futbolçu da, Azərbaycanda legioner sayılırsa, onda hansı futboldan danışmaq olar?” Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenko deyib. Hazırda “Xəzər-Lənkəran” klubunun şərəfini qoruyan D.Kramarenkonun sözlərinə görə, Rusiya vətəndaşlığını əks etdirən pasportu olmasına baxmayaraq, yerli oyunçu statusunun əlindən alınması düzgün deyil: “Rusiya pasportum olduğuna görə, legioner sayılacağım barədə eşitmişəm. Mən Azərbaycanda anadan olmuşam, pasportumu Azərbaycanda almışam, hətta doğum haqda şəhadətnaməm də Azərbaycana bağlı olduğumu göstərir. Belə olan halda, mənim də legioner sayılmağım hansı məntiqə sığır?! Azərbaycanlı Dmitri Kramarenkonu və hansısa ölkədə Azərbaycana gəlib vətəndaşlıq alan əcnəbi futbolçunu legioner sayıb, eyni tərəziyə qoymaq düzgün deyil. Axı Kramarenko soyadını daşıyanlar Azərbaycan futbolunda yaxşı mənada iz buraxan, xidmətləri olan oyunçulardır. Atam Sergey Azərbaycanda, Gəncədə anadan olub, futbolumuzun inkişafı üçün öz töhfələrini verib. Atam “Neftçi” klubunun heyətində SSRİ çempionatlarında ən oyun keçirənlərdən biri olub. 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb. İndi onun oğlunu Azərbaycanda legioner sayılmasını düzgün saymaq olarmı? Fikrimcə, bütün bunlar nəzərə alınacaq və mənimlə bağlı ciddi problem yaranmayacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR