Bank Of Baku

Mais Mənsimov: “Mübariz Mənsimovun istefası komandamızın hədəflərini dəyişməyəcək”

Mais Mənsimov: “Mübariz Mənsimovun istefası komandamızın hədəflərini dəyişməyəcək”
# 07 avqust 2007 08:51 (UTC +04:00)
“Mübariz Mənsimovun prezident postundan gedişi komandamızın hədəflərini dəyişməyəcək”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında sonuncu Azərbaycan çempionu və kubokunun sahibi “Xəzər-Lənkəran” klubunun yeni prezidenti Mais Mənsimov deyib. “Palmali” Şirkətlər Qrupuna rəhbərlik edən qardaşı Mübariz Mənsimovun işlərinin çoxluğu ilə əlaqədar “Xəzər-Lənkəran”ın prezidenti postundan uzaqlaşdığını vurğulayan Mais Mənsimovun sözlərinə görə, komanda növbəti mövsümdə yenə də əldə etdikləri titulları qorumaq üçün mübarizə aparacaq. Klub prezidenti indiyədək yürütdükləri transfer siyasətində dəyişiklik olmayacağını deyib: “Biz aldığımız futbolçuların nəyə qadir olduğunu yaxşı bilirik. Almaq istədiyimiz güclü oyunçu olarsa, nəyə görə ona pul xərcləməməliyik?” /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR