Bank Of Baku

Tacikistan Azərbaycan görüşü saat 17:00-da başlayacaq

Tacikistan  Azərbaycan görüşü saat 17:00-da başlayacaq
# 07 avqust 2007 10:56 (UTC +04:00)
Azərbaycan milli komandasının Tacikistan yığması ilə yoldaşlıq görüşünün başlanma vaxtı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, avqustun 22-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək yoldaşlıq oyunu yerli vaxtla saat 17:00-da başlayacaq. Milli komandamız bu qarşılaşmaya hazırlıq məqsədilə avqustun 19-da bir araya gələcək. Hazırlığın ilk günü bərpa prosesinə sərf olunacaq. Səfərə çıxanadək komandanı bir dəfə məşq etdirəcək baş məşqçi Şahin Diniyev son hazırlığı Düşənbədə keçirəcək.
Qeyd edək ki, millimiz Düşənbəyə avqustun 21-də çarter reysi ilə yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR