Bank Of Baku

AFFA Dmitri Kramarenkonu legioner saymayacaq

AFFA Dmitri Kramarenkonu legioner saymayacaq
# 07 avqust 2007 11:22 (UTC +04:00)
Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenkonun hazırda çıxış etdiyi “Xəzər-Lənkəran” klubunun heyətində növbəti mövsümdə çıxış edəcəyi statusa aydınlıq gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA-da keçirilən toplantıdan sonra D.Kramarenkonun əvvəlki kimi yerli oyunçu statusu daşıyacağı bəlli olub. Qapıçının statusu ilə bağlı problemin yaranmasına, eyni zamanda iki ölkənin (Azərbaycanın və Rusiyanın) vətəndaşlığını daşıması səbəb olub. Ancaq D.Kramarenkonun Rusiya pasportu alarkən Azərbaycan vətəndaşlığından imtina etməməyi onun xeyrinə olub. Qapıçı hazırda digər probleminin həllini gözləyir. Belə ki, zədə ilə bağlı ciddi problemi olan D.Kramarenko bu səbəbdən xeyli müddət komandanın sıralarından ayrı qalacaq. Az öncə Türkiyədə müayinə olunan D.Kramarenko komanda ilə birgə Lənkərana yollanmayaraq, Bakıda qalıb və paytaxtda bir ay zədəsini müalicə etdirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR