Bank Of Baku

Azərbaycan olimpiya yığması tarixində ilk dəfə Respublika stadionunda rəsmi görüşə çıxacaq

Azərbaycan olimpiya yığması tarixində ilk dəfə Respublika stadionunda rəsmi görüşə çıxacaq
# 07 avqust 2007 11:47 (UTC +04:00)
Azərbaycanın olimpiya yığmasının Yunanıstanla oyununun keçiriləcəyi məkan və başlanma vaxtı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, 2009-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də Bakıda baş tutacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun başlanma vaxtı saat 18:00-a təyin edilib. Son illərdə ev oyunlarını “Şəfa”, bunadək İsmət Qayıbov adına Bakıxanov qəsəbə və Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirən olimpiya yığmamız tarixində ilk dəfə Respublika stadionunda rəsmi oyun keçirəcək.
Xatırladaq ki, Ş.Qəribovun baş məşqçisi olduğu yığma komandamız seçmə mərhələdə ilk oyununda səfərdə Yunanıstana 1:4 hesabı ilə məğlub olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR