Bank Of Baku

Şahin Diniyev: “Ruslan milli komandaya çağırılmayacaq”

Şahin Diniyev: “Ruslan milli komandaya çağırılmayacaq”
# 07 avqust 2007 12:18 (UTC +04:00)
Azərbaycan milli komandasının Tacikistanla yoldaşlıq görüşü üçün heyəti avqustun 18-də açıqlanacaq. Bu barədə “APA-Sport” agentliyinə baş məşqçi Şahin Diniyev məlumat verib. Ş.Diniyevin sözlərinə görə, avqustun 22-də Düşənbədə keçiriləcək oyuna 18 futbolçu dəvət edəcək. XVI Azərbaycan çempionatının ilk iki turunun görüşlərini izləyəcək baş məşqçi avqustun 18-də və 19-da keçiriləcək III turdan əvvəl heyəti açıqlayacaq. Heyətə yeni futbolçuların çağırılacağının gözlənildiyini deyən Ş.Diniyev ölkə xaricində çıxış edən 18 yaşlı yarımmüdafiəçi İlqar Nəbiyevlə 25 yaşlı hücumçu Ruslan Zeynalovun Tacikistanla oyuna dəvət edilməyəcəyini bildirib: “Ruslanla İlqar oynamadıqlarından, onları Tacikistanla yoldaşlıq görüşünə çağırmayacağam. “Naftovik-Ukrnafta” klubunun heyətində Ukraynanın güclülər dəstəsinə vəsiqə qazanan Ruslan maraq dairəmizə düşmüşdü. Hətta Ukraynaya yollanıb, diqqət mərkəzində saxladığımız hücumçunun çempionatda oyununu izləmək istəyirdim. Ancaq Zeynalov klubunun heyətində meydana çıxmadığından, səfərə yollanmağıma və onu milliyə çağırmağa ehtiyac görmədim”.
Xatırladaq ki, Ş.Diniyevin diqqət mərkəzində olduğu Türkiyənin “Kayserispor” klubunun əvəzedici heyətinin oyunçusu İ.Nəbiyev martda olimpiya yığmamıza çağırılsa da, baş məşqçi Ş.Qəribov onu bəyənməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR