Bank Of Baku

Tacikistan Azərbaycanla yoldaşlıq görüşünə Türkiyədə hazırlaşır

Tacikistan Azərbaycanla yoldaşlıq görüşünə Türkiyədə hazırlaşır
# 07 avqust 2007 13:32 (UTC +04:00)
Tacikistan yığması Azərbaycan milli komandası ilə avqustun 22-də keçirəcəyi yoldaşlıq görüşünə ölkə kənarında hazırlaşır. “APA-Sport” agentliyinin məlumatına görə, asiyalılar millimizlə oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışındadır. Mahmud Həbibullayevin baş məşqçisi olduğu Tacikistan millisi hazırda Türkiyədə hazırlıq prosesini başa vurmaq üzrədir. Belə ki, tacikistanlılar qarşıdakı günlərdə vətənə dönəcək və millimizlə oyuna qalan iki həftəlik hazırlığı paytaxt Düşənbədə keçirəcək.
Qeyd edək ki, bir ildən artıqdır meydana çıxmayan Tacikistan sonuncu matçını 13 ay öncə keçirib. 2006-cı il iyulun 2-də Qazaxıstan yığması ilə səfərdə görüşən Tacikistan böyük hesabla məğlub olub 1:4. Rəqibimiz bunadək öz meydanında Şri-Lanka (4:0) və Qırğızıstan (2:0) yığmalarını məğlub edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR