Bank Of Baku

Ruben Ayrapetyan: “UEFA-nın qərarından apelyasiya verməyə vaxtımız çatmadı”

Ruben Ayrapetyan: “UEFA-nın qərarından apelyasiya verməyə vaxtımız çatmadı”
# 07 avqust 2007 13:54 (UTC +04:00)
“Avropa çempionatının seçmə mərhələsi çərçivəsində biz Bakıda oynamağa razı idik. Eyni zamanda, Azərbaycan yığma komandasını öz meydanımızda qəbul etmək istəyirdik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib. R.Ayrapetyan bildirib ki, UEFA-nın Azərbaycan və Ermənistan milli komandaları arasında oyunun keçirilməməsi barədə qəbul etdiyi qərar gözlənilməz olub: “Biz matçların neytral meydanda oynanılmasının əleyhinə idik. Öz mövqeyimizi UEFA-ya hətta yazılı şəkildə çatdırmışdıq. Amma UEFA-nın yekun qərarı bizim üçün gözlənilməz oldu”. EFF prezidenti Avropanın ali futbol qurumunun çıxardığı qərardan şikayət etmək fikrində olduqlarını söyləyib: “Qərarın qəbulu 4 dəfə təxirə salındı. UEFA-nın qərarından apelyasiya verəcəkdik. Sadəcə, buna vaxtımız çatmadı”. R.Ayrapetyan vurğulayıb ki, Azərbaycanla oyunların ləğvi Ermənistanın ziyanına olub. EFF rəhbəri gənclərin Avropa çempionatında Ermənistanla Türkiyə yığmaları arasında qarşılaşmalar zamanı neytral meydan məsələsinin müzakirə edilməyəcəyini bildirib.
Xatırladaq ki, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan-Ermənistan matçları bu il sentyabrın 8-nə və 12-nə təyin olunmuşdu. UEFA İcraiyyə Komitəsinin iyunun 23-də qəbul etdiyi qərara əsasən, bu oyunlar baş tutmayacaq və komandaların hərəsinə 0 xal veriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR