Bank Of Baku

UEFA “Neftçi” klubunun futbolçularını cəzalandırıb

UEFA “Neftçi” klubunun futbolçularını cəzalandırıb
# 07 avqust 2007 14:34 (UTC +04:00)
UEFA “Neftçi” klubunun futbolçularını cəzalandırıb. Kapitan Zaur Tağızadə və serbiyalı hücumçu Branimir Subaşiç UEFA kubokunun birinci təsnifat mərhələsində Avstriyanın “Rid” klubu ilə Bakıda keçirilən görüşdə etdikləri hərəkətlərə görə bir oyunluq diskvalifikasiya edilib. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi bununla bağlı qəbul etdiyi qərarı AFFA-ya göndərdiyi faksda göstərib. “Neftçi” Avropa miqyaslı yarışlarda çıxışını dayandırsa da, Z.Tağızadə ilə B.Subaşiçin cəzaları qüvvədə olaraq, gələn mövsümə şamil ediləcək. “Neftçi” klubunun kapitanı “Rid” ilə oyunda qırmızı vərəqə alaraq, meydandan qovulub. UEFA “Xəzər-Lənkəran” klubunun fransalı legioneri Edmond N”™Tiamoa kimi, Z.Tağızadənin iki sarı vərəqəyə görə meydandan çıxarılmasını nəzərə alaraq, onu bir oyunluq cəzalandırıb. Z.Tağızadədən fərqli, B.Subaşiç “Rid” ilə Bakıdakı görüşdə meydandan qovulmasa da, cəzadan yaxa qurtara bilməyib. Belə ki, B.Subaşiç Avstriyada olduğu kimi, Bakıdakı oyunda da sarı vərəqə alıb. Bu səbəbdən cəzalı duruma düşən serbiyalı hücumçu avtomatik növbəti oyunu buraxmalıdır. “Neftçi” qitə miqyaslı turnirdə çıxışını başa çatdırdığından, B.Subaşiçin cəzası növbəti mövsümə qalıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR