Bank Of Baku

UEFA Apelyasiya Komitəsi “Partizan” klubunun cəzasını qüvvədə saxlayıb

UEFA Apelyasiya Komitəsi “Partizan” klubunun cəzasını qüvvədə saxlayıb
# 08 avqust 2007 09:03 (UTC +04:00)
UEFA Apelyasiya Komitəsi Serbiyanın “Partizan” klubunun UEFA kubokundan bir il müddətinə kənarlaşdırıldığını təsdiqləyib. “APA-Sport” agentliyinin məlumatına görə, “Partizan” UEFA Nizam-İntizam Komitəsinin müvafiq qərarından apellyasiya vermişdi. Apellyasiya Komitəsi isə serbiyalıların Bosniya və Herseqovinanın “Zrinski” klubu ilə UEFA kubokunun ilkin təsnifat mərhələsinin cavab görüşünü keçirməsindən sonra protestə baxacağını bildirmişdi. Təkrar oyunda 5 cavabsız qol vuran “Partizan” “Zrinski” ilə iki oyunun ümumi nəticəsi olaraq, 11:1 hesabı ilə qalib gəlsə də, növbəti mərhələyə Bosniya və Hersoqovina təmsilçisi çıxıb.
Qeyd edək ki, “Partizan” klubu “Zrinski” ilə səfərdə keçirdiyi ilk görüşdə azarkeşlərinin törətdikləri çaxnaşma səbəbindən turnirdən kənarlaşdırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR