Bank Of Baku

Asim Xudiyev UEFA-ya hesabat verib

Asim Xudiyev UEFA-ya hesabat verib
# 08 avqust 2007 09:07 (UTC +04:00)
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA kubokuna aldığı təyinatla bağlı qitə futbol qurumuna hesabat verib. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimiz UEFA kubokunun birinci mərhələsində Belarusun “Dinamo” və Latviyanın “Metallurq” klubları arasında keçirilən cavab görüşünün raportunu qitə futbol qurumuna göndərib. Hakim-inspektorumuz matça təyin alan serbiyalı hakimlərin idarəçiliyini yüksək qiymətləndirib. Belə ki, A.Xudiyev baş hakim Ninoslav Spasiçə idarəçiliyinə görə 8,3, köməkçiləri Petak Davidoviçə 8,2, İqor Radojçiçə 8,1, İqor Pejoviçə 8 bal verib. Brest şəhərində keçirilən oyunda 2:1 hesabı ilə qələbə qazanan “Metallurq” UEFA kubokunun ikinci mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, A.Xudiyev son iki ayda UEFA bayrağı altında keçirilən dörd qarşılaşmada hakim-inspektor olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR