Bank Of Baku

AFFA “Masallı” klubuna rəqiblərini Anatoli Banişevski adına stadionda qəbul etməsinə icazə verməyib

AFFA “Masallı” klubuna rəqiblərini Anatoli Banişevski adına stadionda qəbul etməsinə icazə verməyib
# 08 avqust 2007 09:31 (UTC +04:00)
“Masallı” klubu Azərbaycan çempionatının güclülər dəstəsində debüt mövsümündə ev oyunlarını Lənkəranda keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA Masallının eyni adlı komandasının ev oyunlarının “Xəzər-Lənkəran”a məxsus mərkəzi stadionda keçirməyə rəsmi icazə verib. Masallıdakı Anatoli Banişevski adına şəhər stadionu güclülər dəstəsinin tələblərinə cavab vermədiyi üçün federasiya orada yüksək liqa oyunlarını keçirməyə icazə verməyib. Belə olan halda, “Masallı” qarşıdakı mövsümdə ev oyunlarını Lənkəranda keçirməklə yanaşı, öz arenasında yenidənqurma işləri görəcək. XVI milli çempionatın püşkünə əsasən, “Masallı” ilə “Xəzər-Lənkəran”ın ev oyunları üst-üstə düşmür. “Xəzər-Lənkəran” ikinci dövrədə öz stadionunda ilk oyunu zamanı qonaq komanda statusunda çıxış edəcək. Belə ki, “Xəzər-Lənkəran” avqustun 18-də keçirilən 2-ci turda Lənkəranda “Masallı” klubunun qonağı olacaq.
Qeyd edək ki, əyalət klubları arasında Zaqatalanın “Simurq” klubu bir ildən artıqdır öz stadionunda gedən yenidənqurma işləri başa çatmadığından, qarşıdakı mövsümdə də rəqiblərini Qaxda qəbul edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR