Bank Of Baku

Ağasəlim Mircavadov: “İvankoviçin dedikləri əksini tapdı”

Ağasəlim Mircavadov: “İvankoviçin dedikləri əksini tapdı”
# 08 avqust 2007 10:55 (UTC +04:00)
“Dinamo” Sloveniyanın “Domjale” klubunu asanlıqla keçdi. Xorvatiyalılar bizimlə görüşdən fərqli, bu dəfə güc sərf etmədən növbəti mərhələyə yüksəldilər”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Komandasını yeni mövsümə Lənkəranda hazırlaşdırdığından Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Dinamo” - “Domjale” matçını futbolçularla birgə izlədiyini deyən A.Mircavadovun sözlərinə görə, xorvatiyalılar növbəti mərhələyə yüksəlməkdə çətinliklə üzləşməyiblər: “Düzdür, “Domjale” fiziki hazırlıq baxımından rəqibindən geri qalmırdı. Hətta topa sahib olmaq faizi baxımından rəqibini üstələyən sloveniyalıların qol vurmaq üçün bir neçə real imkanı oldu. Ancaq bundan maksimim yararlana bilməyən “Domjale” topla davranış, ağıllı oyun sayəsində “Dinamo” ilə bacarmadı. Xorvatiyalılar isə ciddi mübarizə aparmadan istəklərinə çatdılar”. Baş məşqçi “Dinamo” səddini keçəcəkləri halda, üçüncü təsnifat mərhələsinə çıxmağın real olduğunu qeyd edib: “Sloveniyada keçirilən ilk görüşü izləyən məşqçilərimiz “Dinamo”nun həmin matçda da qələbəni çətinlik çəkmədən qazandığını qeyd etmişdi. Baş məşqçi Branko İvankoviç mətbuat konfransında ikinci mərhələdə rəqibin “Domjale”, yaxud Albaniyanın “Tirana” olacağı halda, “Xəzər-Lənkəran”la sınaqda olduğu kimi çətinliklə üzləşməyəcəyini demişdi. İvankoviçin dedikləri əksini tapdı. “Xəzər-Lənkəran” “Domjale” səddini keçmək gücündə idi. Bununla da, futbol tariximizdə ilk dəfə Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə çıxa bilərdik. Ancaq təəssüf ki, ilk təsnifat mərhələsinin püşkü zamanı bəxtimiz gətirmədi və rəqibimiz güclü “Dinamo” oldu. Hər halda, “Xəzər-Lənkəran” belə bir güclü komanda ilə hər iki oyunun əsas vaxtında uduzmayıb, 1:1 hesablı bərabərliyə qaldı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR