Bank Of Baku

Azərbaycan Yunanıstan görüşünün hakimləri müəyyənləşib

Azərbaycan  Yunanıstan görüşünün hakimləri müəyyənləşib
# 08 avqust 2007 11:15 (UTC +04:00)
2009-cu il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Yunanıstanın olimpiya yığma komandaları arasındakı görüşü idarə edəcək hakimlərin adları bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumu UEFA-nın Hakimlər Komitəsi bu qarşılaşmanı idarə etməyi polşalı hakimlərə həvalə edib. Təyinata əsasən, sentyabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi 34 yaşlı Marçin Borski olacaq. Bu ildən FİFA hakimi adını daşıyan M.Borskiyə həmyerliləri Ona Matsey Şimanik, Martsin Borkovsi və Hubert Siyeviç kömək edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR