Bank Of Baku

UEFA Branimir Subaşiçin cəzasını yüngülləşdirib

UEFA Branimir Subaşiçin cəzasını yüngülləşdirib
# 08 avqust 2007 12:24 (UTC +04:00)
UEFA-nın “Neftçi” klubunun hücumçusu Branimir Subaşiçə verdiyi cəza cari avrokuboklar mövsümünə şamil ediləcək. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumunun göndərdiyi faksda 25 yaşlı serbiyalının növbəti Avropa miqyaslı yarışların ilk oyunda meydana çıxa biləcəyini göstərib. “Neftçi” qitə miqyaslı turnirdə mübarizəni başa vursa da, B.Subaşiç başqa kluba keçməklə, çıxışını davam etdirə bilər. Ancaq bu halda, B.Subaşiç bir oyunu buraxmaq məcburiyyətində qalacaq. Buna səbəb onun UEFA kubokunda ilkin təsnifat mərhələsində Avstriyanın “Rid” klubu ilə görüşlərdə aldığı vərəqələrdir. Belə ki, serbiyalı hücumçu “Rid” ilə hər iki oyunda sarı vərəqə aldığından, cəzalı duruma düşüb. “Neftçi” UEFA kubokunda ikinci mərhələyə çıxacağı halda, B.Subaşiç ilk oyunu buraxmaqla, cəzası başa çatacaqdır. Müqaviləsi mövsümün sonunda başa çatacaq serbiyalı hücumçu anlaşmanı uzadıb, “Neftçi” klubunda qalacağı halda, qitə miqyaslı yarışın yeni mövsümündə cəza baxımdan problemi olmayacaq. B.Subaşiçdən fərqli, “Neftçi”nin kapitanı Zaur Tağızadə iki sarı vərəqəni bir oyunda alıb, nəticədə meydandan qovulduğundan, cəzası növbəti mövsümdə qüvvədə alacaq. O, “Rid” ilə Bakıdakı oyunda aldığı qırmızı vərəqəyə görə, növbəti il avrokuboklarda ilk görüşü buraxmalıdır.
Qeyd edək ki, UEFA “Neftçi”ni Z.Tağızadə ilə B.Subaşiçin alığı vərəqələri maddi baxımdan cəzalıq saymadığından, klubu cərimələməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR