Bank Of Baku

Milli komanda “Abşeron” klubuna qalib gəlib

Milli komanda “Abşeron” klubuna qalib gəlib
# 09 avqust 2007 09:04 (UTC +04:00)
17 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) “Palanqa” turnirinə hazırlıq prosesi çərçivəsində yoxlama görüşündə qüvvəsini sınayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda az öncə təsis olunan və yeni mövsümdə milli çempionatın birinci dəstəsində mübarizə aparacaq “Abşeron” klubu ilə qarşılaşıb. Beynəlxalq Universitetinin stadionunda baş tutan oyun U-17-nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qollara yığmanın debütantı Kamil Nurəhmədovla Fərid Balaşzadə imza atıb. Milli komandamız avqustun 18-də start götürəcək “Palanqa” turnirinədək daha bir yoldaşlıq görüşü keçirəcək. Yeniyetmə futbolçularımız yarışın təşkil olunacağı Litvaya avqustun 16-da saat 16:40-da yollanacaqlar. Yığmamız turnirdə İrlandiya, Latviya və Rusiya komandaları ilə qarşılaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR