Bank Of Baku

Şahin Diniyev İsgəndər Cavadovla Rusiyaya yollanır

Şahin Diniyev İsgəndər Cavadovla Rusiyaya yollanır
# 09 avqust 2007 09:11 (UTC +04:00)
Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev Rusiyaya gedir. “APA-Sport” agentliyinin məlumatına görə, yığmanın baş məşqçisi Nijni-Novqorod şəhərinə yollanır. Ş.Diniyevlə yanaşı, milli komandada seleksiyaçı məşqçi Nazim Süleymanov və olimpiya yığma komandamızın baş məşqçisi Şakir Qəribov da səfərə çıxıb. Yığma məşqçilərinin Nijni-Novqoroda səfərində əsas məqsəd Anatoli Banişevskinin xatirəsinə həsr olunan turnirdə iştirak etməkdir. Ş.Diniyev turnirdə ölkəmizi təmsil edən “Neftçi” Veteranları Futbol Klubunda İsgəndər Cavadovla bir komandada yer alıb.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyündən uzaqlaşdırılan İ.Cavadov bir müddət əvvəl Ş.Diniyevin şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyi üçün Nizam-İntizam Komitəsi tərəsindən iki illik cəzalandırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR