Bank Of Baku

Rövnəq Abdullayev Qurban Qurbanovdan razı qalıb

Rövnəq Abdullayev Qurban Qurbanovdan razı qalıb
# 09 avqust 2007 11:05 (UTC +04:00)
Dövlət Neft Şirkətinin və “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Rövnəq Abdullayev baş məşqçi Qurban Qurbanova növbəti dəstəyini nümayiş etdirib. Bu barədə “APA-Sport” agentliyinə Qurban Qurbanovun özü məlumat verib. Onun sözlərinə görə, UEFA kubokunda Avstriyanın “Rid” klubu ilə oyunlardan sonra turnirdə çıxışını başa vurmasına baxmayaraq, klub prezidenti ona dəstək verib: “Rövnəq Abdullayevlə görüşməyə imkan olmayıb. Onun son vaxtlar işləri çoxdur, ölkə xaricində səfərlərdə olur. Kubumuzun vitse-prezidenti Ramin Musayev Rövnəq müəllimlə görüşüb. Rövnəq Abdullayev hər şeyin qaydasında olduğunu deyib. Rəhbərliyin bu etimadını qarşıdakı mövsümdə doğrulmağa çalışacağam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR