Bank Of Baku

Suat Kaya: “Ernani hazırlıq matçına çıxmaqdan imtina edərək, komandadan ayrıldı”

Suat Kaya: “Ernani hazırlıq matçına çıxmaqdan imtina edərək, komandadan ayrıldı”
# 09 avqust 2007 11:29 (UTC +04:00)
“Ernani Pereyra burada özünü narahat hiss edirdi. O, özü komandamdan ayrılmaq istədi. Son hazırlıq matçına çıxmaqdan imtina etdi. Oynamaq istəməyən futbolçunu isə zorla saxlamaq fikrində deyildik”. Bu sözləri “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında futbol üzrə Türkiyənin ikinci liqasında mübarizə aparan “Orduspor” klubunun baş məşqçisi Suat Kaya deyib. Ernani Perayranın öz istəyi ilə komandadan ayrıldığını vurğulayan S.Kayanın sözlərinə görə, braziliyalı müdafiəçi ona bəslənən ümidləri doğrultmayıb: “Düzünü desəm, Ernaninin oyununu bəyənmədim. Bütün yoxlama görüşlərində ona şans verirdim. Amma ümidləri doğrultmadı. Bu barədə Pereyraya heç nə deməsəm də, o, özü məni anlayaraq, komandadan getdi”. Türkiyəli məşqçi E.Pereyranın komanda yoldaşları ilə mübahisə etməsi ilə bağlı yayılan məlumatları təkzib edib: “Ernaninin heç kimlə problemi yox idi. Sadəcə, komandada qalmaq istəmədi”. Vaxtilə “Qalatasaray” klubunun şərəfini qoruyan S.Kaya azərbaycanlı futbolçuları yaxşı tanımadığını söyləyib: “Ötən il “Akçaabat Sebatspor”a baxışa gələn Əliyev soyadlı oyunçu haqqında eşitmişdim. Azərbaycanda başqa futbolçuları tanımıram”. Bununla belə, S.Kaya gələcəkdə azərbaycanlı futbolçu alacaqlarını istisna etməyib: “Hazırda iş qrafikimiz çox gərgindir. Xarici səfərdən yenicə qayıtmışam. Komandada ciddi məşqlər gedir. Yəni, yeni transferlər haqqında düşünmürük. Gələcəkdə Azərbaycanda bəyəndiyimiz, münasib futbolçu olarsa, transfer edəcəyik”.
Qeyd edək ki, Azərbaycan yığmasının milliləşdirilmiş legioneri Ernani Pereyra ötən ay “Orduspor” ilə bir illik müqavilə bağlasa da, az öncə komandanı tərk edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR