Bank Of Baku

“Nar Mobile” “Miri Qrand” klubuna sponsorluq etmək istəyir

“Nar Mobile” “Miri Qrand” klubuna sponsorluq etmək istəyir
# 09 avqust 2007 12:47 (UTC +04:00)
“Nar Mobile” mobil operatoru Saatlının “Miri Qrand” futzal klubuna sponsorluq etmək istəyir. Bu barədə “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Şamil Useynov məlumat verib. Onun sözlərinə görə, tərəflər bu məsələni sentyabrda müzakirə edəcəklər. “Nar Mobile” rəhbərliyi “Miri Qrand”ın bütün xərclərini öz üzərinə götürmək niyyətindədir. Ş.Useynov bildirib ki, komandanın növbəti mövsümə hazırlıq planı yaxın günlərdə müəyyənləşəcək: “Həftəsonu klub prezidenti ilə görüşümüz olacaq. Bu görüşdən sonra təlim-məşq toplanışlarının yeri və vaxtı dəqiqləşəcək. Bundan başqa, prezidentlə transfer məsələləri ilə bağlı fikir mübadiləsi aparacağıq”.
Qeyd edək ki, 2006-cı ildə təsis olunan klub indiyədək “Miri Qrand” şirə zavodunun himayəsindədir. Komanda bu il milli çempionatda ilk dəfə çıxış etməsinə baxmayaraq, gümüş medallara yiyələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR