Bank Of Baku

Elxan Məmmədov UEFA-nın meneceri Laurent Morellə görüşüb

Elxan Məmmədov UEFA-nın meneceri Laurent Morellə görüşüb
# 09 avqust 2007 13:06 (UTC +04:00)
Futzal üzrə UEFA Kubokunun əsas mərhələsinin sentyabrın 8-dən 16-dək Bakıda keçiriləcək qrup oyunlarına hazırlığın səviyyəsi ilə tanış olmaq üçün Avropa futbol qurumunun futzal üzrə meneceri Laurent Morel Azərbaycanda səfərdədir. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov, Futzal Federasiyasının prezidenti Ağarza Rzayev və UEFA Kubokundakı təmsilçimiz olan “Araz” klubunun prezidenti Zaur Axundovla görüşən L.Morel Bakıda keçiriləcək mötəbər yarışın hazırlığından razı qaldığını bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR