Bank Of Baku

İran Azərbaycanla yoldaşlıq görüşü keçirməyə razılıq verib

İran Azərbaycanla yoldaşlıq görüşü keçirməyə razılıq verib
# 09 avqust 2007 13:23 (UTC +04:00)
Azərbaycanın 21 yaşınadək futbolçulardan ibarət milli komandası (U-21) İranla iki yoldaşlıq görüşü keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, oyunlar avqustun 21-də və 22-də İranın paytaxtı Tehranda baş tutacaq. Bu təklif az öncə AFFA tərəfindən irəli sürülüb. İran Futbol Federasiyasının rəhbərliyi AFFA-nın təklifinə bu gün cavab verərək, Azərbaycan yığmasını qəbul etməyə hazır olduğunu bildirib. Milli komandamız səfərə avqustun 20-də yollanacaq. Görüş U-21-in Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 8-də Yunanıstana qarşı keçirəcəyi oyuna hazırlıq xarakteri daşıyacaq. Şakir Qəribovun yetirmələri İranın 21 deyil, 20 yaşlı futbolçuları ilə qarşılaşacaqlar. İranda aşağı yaş qrupları üzrə 17, 20 və 23 yaşlılardan ibarət yığma mövcuddur. Olimpiya yığmamızdan bir neçə gün sonra Azərbaycanın qızlardan ibarət futbol milli komandası da İrana səfər çıxacaq. Yeniyetmə futbolçularımız iranlı həmyaşıdları ilə avqustun 27-də yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR