Bank Of Baku

Mahmud Qurbanov: “İnter”i seçməyimin əsas səbəbi iddialı olmasıdır”

Mahmud Qurbanov: “İnter”i seçməyimin əsas səbəbi iddialı olmasıdır”
# 09 avqust 2007 15:15 (UTC +04:00)
“Bu komandanı seçməyimdə əsas səbəb iddialı olmasıdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubuna transfer olunan Mahmud Qurbanov deyib. Ötən mövsüm “Xəzər-Lənkəran”la “qızıl dubl” edən M.Qurbanov yeni komandasında medal kolleksiyasını artıracağına inandığını söyləyib: “Karyeranı iddialı klubda davam etdirmək istəyirdim. “İnter” bu planda istəyimə uyğun gəldi. Yeni komandam həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Düzdür, son üç ildə mükafatçılar sırasına düşə bilməyib. Bunun hansı səbəbdən belə olduğunu söyləyə bilmərəm. Qarşıdakı mövsümdə hamımız əl-ələ verib “İnter”in yüksək yer tutacağına çalışacağıq. Mehriban kollektivimiz var”. “İnter” klubu ilə Bolqarıstanda yeni mövsümün hazırlıq prosesində iştirak etməməsini ciddi problem saymayan 34 yaşlı yarımmüdafiəçi fiziki hazırlığını tez bir zamanda aradan qaldıracağını bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR