Bank Of Baku

Bronislav Çervenka: “İlk dəfə Azərbaycanda legioner həyatı yaşamağım məni qorxutmur”

Bronislav Çervenka: “İlk dəfə Azərbaycanda legioner həyatı yaşamağım məni qorxutmur”
# 09 avqust 2007 15:42 (UTC +04:00)
“Gələcək karyeramla bağlı başqa variantlar da var idi. İki təklif almışdım. Qazaxıstanda oynamaq variantı olsa da, Azərbaycana üstünlük verdim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun çexiyalı legioneri Bronislav Çervenka deyib. Sonuncu klubu “Jlin” olan B.Çervenka Azərbaycanda çıxış edəcək ilk çexiyalı futbolçu kimi özünü ən yaxşı tərəfdən göstərməyə çalışacağını söyləyib: “Azərbaycanda çıxış edəcək ilk çexiyalı futbolçu olduğumu bilirəm. Bu məsuliyyətimi artırır və özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. İndiyədək heç vaxt vətənimdən kənarda çıxış etməmişəm. İlk dəfə Azərbaycanda legioner həyatı yaşamağım məni qorxutmur. Daha Çexiyada çıxış etmək istəmədiyimdən, vətənimi tərk etdim. Özümü yeni məkanda sınamaq arzusundayam. “İnter” klubundakı şərait, komandanın iddialı olması məni razı saldı. Bu səbəbdən tərəddüd etmədən seçimimi etdim”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR